3 gün ərzində İraqda 170 nəfər həlak olub

3 gün ərzində İraqda 170 nəfər həlak olub

3 gün ərzində İraqda baş vermiş hadisələr zamanı 170 nəfər həlak olub. SİA-nın RBK-ya istinadən verdiyi məlumata görə, qarşıdurmalar zamanı daha 280 nəfər isə yaralanıb.

Məlumatda deyilir ki, qarçıdurmalara səbəb Əl-Huveyca yaşayış məntəqəsində baş vermiş aksiyanın dağıdılmasıdır.

Polislərin çadırlara hücum etməsi nəticəsində baş nazirə qarşı çıxan sünnilər daha da emosionallaşıblar. Şahidlərin sözlərinə görə, hər iki tərəf odlu silahlardan istifadə edib.

Bundan sonra hakimiyyət orqanları Tikrit və Samara şəhərlərində fövqəladə vəziyyət elan ediblər.

İraqın baş naziri Nuri al-Maliki isə televiziya vasitəsilə müraciət edərək, vətəndaşları ölkəni dini qarşıdurmalara sövq etmək istəyənlərə səbəb verməməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə