İsrail generalı Bəşər Əsədi günahlandırdı

İsrail generalı Bəşər Əsədi günahlandırdı

İsrail ordusunun kəşfiyyatçı generalı İtai Brun Bəşər Əsədin Suriyanın bir çox bölgəsində kimyəvi silah istifadə etdiyini iddia edib. SİA türk mətbuatına istinadən xəbər verir ki, Brunun sözlərinə görə, Əsəd qadağan olunmasına baxmayaraq təşkil olunan hücumlarda vətəndaşlarına qarşı kimyəvi silahlardan istifadə edir.

Bundan başqa Bəşər Əsədi müxaliflər də ölkənin bir çox bölgəsində kimyəvi silah istifadə etməklə günahlandırır.

Qeyd edək ki, Suriya prezidenti isə irəli sürülən iddiaları qəbul etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə