Ərdoğana müraciət: "Rəcəb əmi, müdürümüzü təmbehləyin"

Ərdoğana müraciət: "Rəcəb əmi, müdürümüzü təmbehləyin"

Türkiyənin İstanbul şəhərində Lal Ege Nuralı adlı 8 yaşlı qız ailəsinin xəbəri olmadan Baş nazir Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib. SİA türk mətbuatına istinadən xəbər verir ki, 1-ci sinif şagirdi məktubunda məktəb müdirini baş nazirə şikayət edib. Yazıb-oxumağı 3 yaşında öyrənən qızın məktubunu anası tapıb. Ana Nuralıdan məktubu nə edəcəyini soruşanda "Onu baş nazirə göndərəcəm, o da mənə kömək edəcək"- deyib.

"Sevgili Rəcəb bəy! Bizim məktəb direktoru biz balacayıq deyə basket sahəsində oynamağımıza icazə vermir. Biz buna görə çox pis oluruq. Bu bizə qarşı çox pis haqsızlıqdır. Rəcəb əmi, xahiş edirəm müdürümüzü təmbehləyin"-deyə Nuralı öz məktubunda Baş nazirdən xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə