Agentliyin vaxtından əvvəl yaydığı nekroloq dünya mediasında xəbər oldu
"Reuters" Sorosu "öldürdü"

Funt-sterlinqi məhv edən və inqilabları maliyyələşdirən insan kimi tanınan 82 yaşlı məşhur sərmayəçi Soros barədə dünən yayımlanmış "Məşhur maliyyəçi, liberal xeyriyyəçi Corc Soros öldü" başlıqlı xəbər bu gün təkzib edilib.

"Reuters" tərəfindən yayımlanmış bu xəbərdən sonra Sorosun mətbuat katibi informasiyanı təkzib edib. "Reuters" isə üzr istəmək məcburiyyətində qalıb. 162 yaşı olan agentliyin rəhbəri Todd Eastham isə xəbərin səhvənən yayımlandığını deyib. Ən qəribəsi isə odur ki, verilən açıqlamada, "Sorosun nə vaxtsa öləcəyini düşünürük və baş verəcək ölümdən sonra yazılacaq nümunə səhvən yayımlanıb" söylənməsidir.

"Reuters"in dərc etdiyi xəbər "XXX tarixində XXX yaşında ölən Corc Soros uğurlu bir maliyyəçi, kapitalizmin paradoksal müdafiəçisi" şəklində olub.

Soros Fund Management nümayəndəsi "Wall Street Journal"a verdiyi açıqlamada, "Soros həyatdadır və səhhəti də yaxşıdır", - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə