Partlayış mineral gübrələr zavodunda baş verib
Amerika Birləşmiş Ştatlarında daha bir güclü partlayış baş verib. Texas ştatında mineral gübrələr zavodunda baş vermiş partlayış nəticəsində, ən son məlumatlara görə, 70-ə yaxın adam ölüb, 100-dən çox adam da yaralanıb. Bu barədə "Associated Press" agentliyi yerli telekanallara və hadisənin baş verdiyi Vest şəhərinin polisinə istinadən xəbər verir.
Ölən və yaralıların sayının artacağı istisna edilmir.
Zavodda partlayış o qədər güclü olub ki, yaxınlıqdakı bir neçə bina tamamilə dağılıb. Yerli xəstəxanaya ziyan dəydiyi, bir məktəbin isə yandığı bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürən və xilasedici briqadası cəlb olunub.
Zavodda partlayışın baş vermə səbəbi isə hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB