Seçkilərdə iqtidar qalib gəldi

Seçkilərdə iqtidar qalib gəldi

Venesuela Respublikasında keçirilən prezident seçkiləri iqtidar partiyasının namizədi, ölkənin vitse-prezidenti Nikolas Maduro seçkilərdə qalib gəlməsilə başa çatıb. SİA türk mətbuatına istinadən xəbər verir ki, Maduro səslərin 50,6 faizini toplayıb. Onun rəqibinə, müxalifətin vahid namizədi Enrike Kaprilesə isə seçicilərin 49 faizi səs verib.

Qeyd edək ki, Maduro mərhum prezident Uqo Çavesin varisi sayılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə