Qonşu ölkədə baş vermiş zəlzələ nəticəsində 30-dan çox adam ölüb, 800 nəfər yaralanıb
İranın Buşəhr şəhərində 6,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində 30 nəfərdən çox adam ölüb. İran mətbuatı xəbər verir ki, zəlzələ nəticəsində ən azı 800 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində Kaki, Hormuc və Kenqan şəhərləri tamamilə dağıdılıb.
Hadisə yerinə qonşu vilayətlərdən xilasetmə qüvvələri cəlb olunub.
Qeyd edək ki, zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub. Yeraltı təkanlar Fars körfəzinin bir neçə ölkələrində hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB