Fransada erməni lobbisinin vəsaiti hesabına nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 7 aprel tarixli nömrəsində "Gallup World" İnstitutunun postsovet məkanındakı 12 ölkə əhali arasında həyat tərzi, yaşayış səviyyəsi ilə bağlı keçirdiyi sorğunun nəticələrini dərc edib.
Ermənistanda aparılan sorğunun nəticələrinə görə əhalinin 40 faizi doğma vətənini tərk etmək istəyir. Əhalinin öz ölkəsini tərk etməsinə görə Ermənistan keçmiş SSRİ respublikaları arasında birinci yeri tutur.
Sorğuda " Öz ölkəni nə üçün tərk edirsən? " sualına cavab verənlərin 52 faizi həyat şəraitini yaxşılaşdırmaq və ailəsini dolandırmaq naminə vətənindən getmək istədiyini, 13 faiz uşaqlarının gələcəyini təmin etmək və 45 faiz işsizliyə görə başqa dövlətlərə üz tutmaq istədiklərini bildiriblər.
Ermənistanı bir dəfəlik tərk etmək istəyənlərin əksəriyyəti Rusiyada, Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında məskunlaşmağa üstünlük veriblər.
Məqalədə etiraf olunur ki, Ermənistan rəhbərliyinin iqtisadiyyatı canlandırmaq, işsizliyin qarşısını almaq cəhdlərinə baxmayaraq, ölkəni tərk etmək istəyənlərin sayı qeyri-rəsmi məlumata görə 50 faizdən yüksəkdir.
Məqalədə qeyd edilir ki, Ermənistanda baş alıb gedən korrupsiya, məmurların varlanmaq ehtirası əhalinin getdikcə yoxsullaşması, Işsizlik problemi ölkəni tərk etmək istəyənlərin sayının getdikcə artmasına səbəb olan amillərdir.
Ermənistanda bu məsələlər tezliklə öz həllini tapmasa, ölkəni gələcəkdə tərk etmək istəyənlərin sayı daha artıq ola bilər.
Rəy sorğusu Müstəqil Dövlətlər Birliyinin üzvü olan 12 ölkənin yaşı 15-dən yuxarı olan 41 min vətəndaşı arasında keçirilib.
Əsgər Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB