Pakistan qaranlığa qərq olub

Pakistanda elektrik stansiyalarına qaz daşıyan boru xəttinə təşkil edilən hücum səbəbiylə elektrik enerjisinin verilməsində problemlər yaranıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin ən böyük təbii qaz çevrim stansiyalarından Dera Murad şəhərindəki Uch elektrik stansiyasına qaz təmin edən boru xəttinin terroristlər tərəfindən partladılması nəticəsində Pakistan daxilində elektrik paylanmasında ciddi problemlər yaranıb. Rəsmilərin verdiyi məlumata görə, ölkənin 13 min meqavat elektrik enerjisi tələbinə qarşılıq 5 min meqavat elektrik enerjisi istehsal olunur. Enerji çatışmamazlığının 7 min megavata yüksəldiyini bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə