Bir neçə dəfə öldürülməsi ilə bağlı iddialar ortaya atılan Suriya prezidenti Bəşər əsəd yenidən ekranlarda görünüb.
Türkiyənin Ulusal Kanal televiyası və Aydınlıq qəzetinə müsahibə verən Suriya prezidenti ölkədəki son vəziyyəti, o cümlədən Türkiyə və Ərəb Liqası ilə olan münasibətləri şərh edib.
Rəsmi Ankaranı suriyalı üsyançılara yardım etməkdə günahlandıran Əsəd Türkiyə baş naziri Rəcəb Tayyib ərdoğanı münaqişə ilə bağlı gerçəkləri söyləməməməkdə ittiham edib.
Suriya müxalifət Koalisiyasının Ərəb liqasındakı legitim təmsilçi statusunu da şərh edən Əsəd, birliyə üzv dövlətlərin legitimliyinə də şübhə ilə yanaşıb.
Bu ərəfədə Rusiya prezidenti Vladimir Putin Suriya müxalifətini silahlandırılmasına sərt reaksiya verib. Almaniyanın ARD televiziyasına müsahibəsində kreml rəhbəri bildirib ki, hərbi əməliyyatlara dərhal son qoymaq və müxalifətə silah verilməsini dayandırmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB