Obama üzr istədi

ABŞ prezidenti Barak Obama Kaliforniya ştatının baş hakimindən üzr istəyib. Prezidentin üzr istəməsinə səbəb Obamanın Kaliforniyada təşkil olunan toplantıda hakim xanım - Kamala Harrisə "çox cazibədar görünürsünüz" deməsi olub. Bu olaydan 24 saat saat sonra o, bu xitabın cəmiyyət tərəfindən birmənalı qarşılanmayacağından çəkinib ondan üzr istəyib.

Xatırladaq ki, ABŞ prezidenti 2008 ci ildə Hillary Clintondan da üzr istəmişdi. O, xanıma "olduqca cazibədarsan" demişdi. Bu hadisə də uzun müddət mətbuatın diqqət mərkəzində olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə