Ermənistan rəhbərləri ölkənin inkişafından və işsizlik probleminin aradan qalxmasından ağızdolusu danışsalar da, Fransadakı güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə Gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalının aprelin 5-də dərc olunan "İşsizlik ermənilər üçün bir nömrəli problemdir" sərlövhəli məqalə Ermənistan rəhbərliyinin yalanlarını üzə çıxarır.
Məqalədə aparılan sorğuya istinadən bildirilir ki, Yerevanın 1066 sakini arasında ölkədəki problemlə bağlı sorğu aparılmışdır. Sorğuda iştirak edənlərin 50 faizi işsizliyin Ermənistanda ən böyük problem olduğunu bəyan edib.
Rəyi soruşanların 37 faizi əsas problem kimi inflyasiyanın və 10 faiz verginin yüksək olduğunu bildirib. Yalnız 3 faiz əmək haqqının azlığını ölkənin əsas problemləri tək diqqətə çəkib.
Əsgər Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB