Bəşər Əsəd: “Suriyada axan qanlarda Türkiyənin də əli var”
Əsəd Türkiyəni ittiham etdi

Suriya prezidenti Bəşər Əsəd Türkiyə hökumətini Suriyada axıdılan qanlarda əlinin olmasında ittiham edib.

Onun sözlərinə görə, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan böhran başlanandan bəri bir dənə olsun düz söz söyləməyib.

Suriya prezidenti hesab edir ki, Türkiyə hökuməti bu ölkəyə qarşı əlbirliyə qoşulub, - "İTAR-TASS".

Bəşər Əsədin türk jurnalistlərinə müsahibəsinin bəzi hissələri Suriya prezidentinin mətbuat xidmətinin saytında yerləşdirilib.

Müsahibəsində prezident Əsəd nüfuzlu müsəlman alimi Muhəmməd əl-Butinin öldürülməsinə toxunur.

"Əl-Buti kimi din xadimləri Suriya daxilində ədavəti qızışdırmaq üçün əldə edilmiş beynəlxalq əlbirliyin işinə mane olublar. Ona görə də belə alimləri öldürüblər", - deyə Əsəd bildirib.

O, martın 30-da daha bir müsəlman alimi şeyx Həssən Səfiəddinin də silahlılar tərəfindən edam edilməsini xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə