90 il sonra ilk dəfə namaz qılındı

90 il sonra ilk dəfə namaz qılındı

1923-cü ildən etibarən Yunanıstanın Selanik şəhərində bağlı olan Yeni Məsciddə ilk dəfə namaz qılınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, əldə edilən məlumata görə, Selaniki ziyarət edən bir qrup Gümülcine Mədrəsəsinin şagirdi şəhərin bələdiyyə başçısı Yannis Butarisin xüsusi icazəsiylə şənbə günü məsciddə günorta namazı qılıb.

Mədrəsənin müdiri Səbri Boşnak və məktəb müəllimlərinin müşayiət etdiyi təxminən 50 şagirdi Yeni Məsciddə Yannis Butaris və Nikos Papageorgiyu qarşılayıb. Özlərilə gətirdikləri səccadə üzərində namaz qılan şagirdlər daha sonra məscidin qüllələrini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə