Aparılan araşdırmalar nəticəsində Amerika Birləşmiş Ştatlarında 301 mindən çox evin boş qaldığı ortaya çıxıb. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, evlərin boş qalmağına səbəb isə, əhalinin banka olan kredit borclarının ödəyə bilməməsidir. Beləliklə, həmin evlərə banklar tərəfindən əl qoyulub.
Statistikada ilk yeri Florida tutub. Burada boş evlərin sayı maksimal həddə çataraq 90 min 556 olub. Siyahıda ikinci yeri isə Barak Obamanın məmləkəti olan İllinois əyaləti tutur. Burada bu kimi evlər 31 min 668 təşkil edir. 3-cü yeri isə 31 min 668 ev olmaqla Kaliforniya fəth edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB