Bir qrup xristian din xadimi ABŞ prezidenti Barak Obamadan pilotsuz təyyarələrin hücumlarının dayandırılmasını istəyib. Din xadimləri, bu hücumların xristian dəyərləri ilə təzad təşkil etdiyini bildiriblər.
"Brave New Foundation" tərəfindən hazırlanan video klip sosial şəbəkələrdə yayımlanıb. Video görüntülərdə xristian və yəhudi din xadimləri pilotsuz təyyarələrin istifadəsini dini dəyərlər baxımından ''uzaqdan idarə olunan sui-qəsd'' kimi xarakterizə ediblər. Təyyarələrin görüntülərinin belə insanları qorxutmağa başladığını söyləyən Maryland ştatının rahib Paul Zahl, ''pilotsuz təyyarələr insana təslim olmaq şansı vermədən öldürmək fikiri üstündə hazırlanıb. Bu Hz.İsanın təlimlərinə tamamilə zidddir'', - deyib.
Rahib və xaxamların Obama ilə hökumətini tənqid etdiyi videoda, pilotsuz təyyarələrlə icra edilən müharibənin, Roma və Katolik kilsələrinin "Haqlı Müharibə Nəzəriyyəsi'' prinsiplərinə uyğun olmadığı deyilir. Din xadimlərinin nəzəriyyəsində, müharibənin son çarə olaraq görülməsi və bu yolun seçildikdən sonra da yaxşı niyyətlə icra edilməsinin şərt olduğuna diqqət çəkilir.
"Pilotsuz təyyarələr və din" başlığı ilə yayımlanan video görüntülərdə, Virciniya ştatının yəhudi din xadimi Joe Nangle oldu daha sərt açıqlama verib: ''Obama hökuməti özünü Allah hesab edir. Yaşamaq mədəniyyətinin təbliği əvəzinə, insanlara ölüm gətirir''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB