Şimali Koreya Demokratik Respublikasının (ŞKDR) rəhbəri Cənubi Koreya ilə müharibə mərhələsinə qədəm qoyduqları barədə bəyanat verib. SİA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, Kim Çen Inın müharibə açıqlamasını bu ölkənin STAK teleqraf agentliyi də təsdiq edib.
Agence France-Presse-in məlumatında deyilir ki, ŞKDR-in bütün dövlət idarələrində Cənub qonşuları ilə danışıqların bundan sonra yalnız müharibə şəraitinə uyğun olaraq aparılacağı barədə fikir hökm sürür. Bəyanatda deyilir ki, bundan sonra ölçüsündən asılı olmayaraq iki ölkənin sərhədində baş verəcək istənilən təhdid böyük müharibəyə çevriləcək, nüvə müharibəsinin baş verəcəyi də istisna deyil.
Xatırladaq ki, Koreya yarımadasının iki dövləti bir neçə dəfə müharibə aparsalar da sonu yalnız atəşkəslə bitib. Sülh müqaviləsinin bağlanması isə deyəsən tərəflərin heç yadına da düşmür.
Əslində Pxenyanı müharibəyə təhrik edən Cənubi Koreyanın ABŞ-la birlikdə hərbi təlimlərin aparılması olub və Şimal bunu özünə qarşı təhdid hesab edib.
Martın 26-da ŞKDR ABŞ-a və onun Sakit okeandakı hərbi bazalarına raket zərbələri vuracağı ilə hədələyib. Bundan sonra isə Şimali Koreya lideri Kim Çen In raket qoşunlarının hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB