Son günlər İranda sənaye müəssisələrinin bağlanması və işçilərin ixtisarı faktları çoxalıb. SİA-nın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, son 6 ayda İranda 4 minə yaxın sənaye obyekti işini dayandırıb.
Sənaye nazirinin müavini Fahrulla Mollainin iddiasına görə, bunu beynəlxalq sanksiyalarla əlaqələndirmək lazım deyil. İranda hazırda 700 min işçinin çalışdığı 81 min sənaye müəssisəsi fəaliyyət göstərir. Bundan başqa ölkədə 904 iqtisadi zona və rayon yaradılıb. Bu zonada 17 min yeni sənaye obyekti işə salınacaq.
Nazir müavini faktı ört-basdır etməyə çalışsa da reallıq budur ki, ölkə ərazisində hər gün orta hesabla 5-6 sənaye müassisəsi öz fəaliyyətini dayandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB