TRT1 telekanalında nümayiş olunan "Sakarya fırat" serialının ötən gün yayımlanan seriyasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs olunub. SİA xəbər verir ki, nümayiş olunan seriyada milli qəhrəmanın ermənilərin üzərinə tək getdiyi və düşmən tərəfin ağır itkilər verdiyi göstərilib. Həmçinin seriyada M. İbrahimov iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin qəhrəmanı olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB