İspaniyanın aparıcı qəzetlərindən olan "el Pais" qəzeti "Almaniya Avropaya qarşı" adlı məqalə dərc edib. Sözügedən məqalədə müəllif Almaniya kansleri Angela Merkeli nasist lideri Adolf Hitler ilə müqayisə edib. Məqalə qəzetin rəsmi internet saytında da yerləşdirilib.
Məqalənin müəllifi olan Xuan Torres Lopes yazıb ki, Merkel də Hitler kimi Avropaya müharibə elan edib və bununla da Almaniya üçün həyati əhəmiyyətli olan iqtisadi məkanı qoruyub saxlamaq istəyir.
Lopesin fikrincə Merkel Avropa insanlarının və Almaniya əhalisinin həyatı bahasına bu ölkənin böyük banklarını və koorporasiyalarını qoruyub saxlamağa çalışır.
Məqalə Avropada, xüsusilə də Almaniyada böyük etirazlarla qarşılanıb. O, Almaniya hökumətinin tələbi ilə saytdan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB