Anastasiadis geri çəkilmək məcburiyyətində qaldı

Anastasiadis geri çəkilmək məcburiyyətində qaldı

Kiprin yunan hökuməti həftələrdir davam edən müzakirələrdən sonra Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə yenə xilasetmə paketi üzərində razılığa gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yunan lider Nikos Anastasiadis Brüsseldə AB Şurasının sədri German Van Pompey, AB Komissiyasının sədri Xose Manuel Barrozu, BFV icraçı direktoru Kristin Laqard, Avro Qrupunun sədri Ceroen Dijsselbloem və Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi ilə 10 saata yaxın müzakirələr aparıb. Anastasiadis xüsusilə BVF-in bank sektorunun yenidən qurulması tələbinə müqavimət göstərməyə çalışıb.

Diplomatik mənbələr Laqardın tələbləri qarşısında istefa və referenduma getmə təhdidləri ilə çıxış edən yunan liderin AB liderlərindən də dəstək ala bilməyincə geri çəkildiyini bildirirlər.

Müzakirələrdən xəbərdar olan mənbələrə görə, Pompey və Barrozu banklara toxunulmasını istəməyən Anastasiadisə "ya bu addımı atar, ya da Avro qrupundan çıxarsan" mesajını veriblər.

10 saat davam edən müzakirələrdən sonra yeni xilasetmə paketi qəbul edilib. Yeni paketdə 100 min avrodan az olan depozitlərə toxunulmaması nəzərdə tutulur. Paket çətin vəziyyətdə olan "Laiki Bank"ın dərhal bölünərək bağlanmasını, ziyanın 100 min avrodan çox olan depozit, hissə sənədləri və istiqraz sahiblərindən çıxılmasını nəzərdə tutur.

100 min avrodan çox olan depozit hesablarından nə qədər pul kəsiləcəyi konkretləşdirilməyib. Ancak bu hissənin 40 faizi keçməməsi haqda prinsipial qərar qəbul edilib.

"Laiki Bank"ın sığorta çərçivəsində olan depozitlərini alan "Bank of Cyprus"da da 100 min avro limitinin üstündə olan hesablardan qeyri-müəyyən faizlərlə kəsintilər olacaq.

Kipr yunan icmasında bankların ümumi aktivi 68 milyard avrodur. 100 min avrodan çox olan depozitlərin ümumu miqdarı isə 38 milyard avrodur. Bu pulun yarıya yaxını Rusiya vətəndaşlarına aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə