Əli Əkbər Salehi: “Digər ölkələrdən hər il 700 iranlı qanunsuz həbsdən azad olur”
Dünyanın müxtəlif ölkələrində 3000-ə yaxın iranlı həbsdə saxlanılır. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərə verdiyi açıqlamada deyib.
Nazir bildirib ki, hər il Xarici İşlər Nazirliyinin yardımı ilə 700-ə yaxın iranlı qanunsuz həbs olunduqları üçün digər ölkələrdəki həbsxanalardan azadlığa buraxılır. Buna baxmayaraq, iranlıların digər ölkələrdə qanunsuz həbsi hər il artmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB