Müxalifətindən iqtidara xəbərdarlıq

Müxalifət tələbləri yerinə yetirilməyəcəyi təqdirdə xalqın bələdiyyələri ələ keçirəcəyini bəyan edib
Müxalifətindən iqtidara xəbərdarlıq

Qırğızıstan müxalifəti "məxməri" inqilabın yeddinci ildönümündə iqtidara xəbərdarlıq edib. SİA-nın "Akipress" agentliyinin xəbərinə istinadən verdiyi məlumata görə, parlamentdə təmsil olunan milliyyətçi "Ata Jurt" Partiyası, parlamentdən kənarda olan Bütöv Qırğızıstan Partiyası və "El Nuru" Hərəkatı Cəlalabad əyalətinin Suzak qəsəbəsində xalq qurultayı keçiriblər.

Müxalif siyasətçilər Adaxan Madumarov və Azimbek Beknazarovun iştirak etdiyi qurultarda 2005-ci və 2010-cu ildəki inqilablar dəyərləndirilib.

Qurultayın 8 maddəlik yekun bəyanatında ölkədəki iki inqilabdan rəhbərliyin dərs çıxarmadığına işarə edilib, kadrların yenilənmədiyi, iqtidarın parlamentar sistemdən imtina etməyə başladığı bildirilib.

İqtidarı devirmə təşəbbüsündə ittiham edilərək həbs olunan "Ata Jurt" Partiyasının deputatlarının azadlığa buraxılmasını tələb edən müxalifət kanadalıların işlətdiyi "Kumtor" qızıl mədənlərində problem həll olunana qədər digər yer altı mədənləri xaricilərin işlətməsinə icazə verilməməsini istəyib.

Müxalifət bu tələblər yerinə yetirilmədiyi təqdirdə xalqın bələdiyyələri ələ keçirəcəyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə