Bəşər Əsədin ölümü yalanlandı

Rusiyanın Dəməşqdəki səfirliyi bu haqda hər hansı məlumata malik olmadığını açıqlayıb
Bəşər Əsədin ölümü yalanlandı

Rusiyanın Dəməşqdəki səfirliyi Suriya prezidenti Bəşər Əsədin öldüyünə dair hər hansı məlumata sahib olmadığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,

Beynəlxalq mediada yayılan iddialarla bağlı "İnterkafs" agentliyinin suallarını cavablandıran səfirlik "Bizim bu haqda hər hansı məlumatımız yoxdur. Bəzi Ərəb qəzetlərində bu iddialara yer verilib" deyə açıqlama verib.

"Reurets" agentliyinin Kabul müxbiri Emi Feris-Rotman "Twitter"da bir mənbənin Əsədin öldürüldüyünü bildirdiyini, ancaq hələlik bu məlumatı təsdiqləyən mənbə olmadığını yazıb.

Sosial mediada Əsədin ölmədiyi, ancaq ağır yaralı halda Dəməşqdə yerləşəən Əl Şami xəstəxanasına yerləşdirildiyi iddia edilir. Dəməşqin iddialarla bağlı açıqlama verməməsi şübhələri artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə