Əlcəzairdə uşaq qaçıranı...?

Əlcəzairdə uşaq qaçıranı...?

Əlcəzairdə yeni qərar çıxarılıb. SİA-nın xarici mətbuata istinadən məlumatəna görə, "Cəza qanunu"nda uşaq qaçıranların edam olunması təsdiqlənib. Bununla əlaqədar baş nazir Abdulmalik Şellalenin başçılığı ilə keçirilən toplantıda Nazirlər Kabinetində uşaq qaçırma hərəkətləri ilə əlaqədar məsələ müzakirə edilib. Nəticədə bu istiqamətdə yaranan maneələrin aradan qaldırılması qərara alınıb.

Qeyd edək ki, ötən həftə biri 9, digəri 10 yaşında iki uşaq qaçırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə