Çində minə yaxın ev darmadağın oldu

Çində minə yaxın ev darmadağın oldu

Çində yağan güclü qar həyatı iflic edib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, güclü qarla yanaşı, Mərkəzi və Cənubi Çində güclü külək və dolu da fəsadlara yol açıb. Fəlakət zonasına daxil olan 42 şəhərdə 1000-ə yaxın ev dağılıb, 3 nəfərin öldüyü bildirilir. Ümumilikdə hadisə nəticəsində 840 minə yaxın adam zərər çəkib. Rəsmilər bildirib ki, qasırğa və dolu bölgəyə 95 milyon dollar həcmində ziyan vurub.

Bununla belə hava limanlarında xeyli sayda daxili və xarici reyslər təxirə salınıb, sərnişinlər saatlarla hava limanlarında gözləməli olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə