Con Kerri: “Barak Obama Suriya liderinin planlarına mane olmaq fikrindədir”
ABŞ dövlət katibi Con Kerri prezident Barak Obamanın Suriya liderinin planlarına mane olmaq fikrində olduğunu bəyan edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri ABŞ dövlət katibi Con Kerri Avstraliya xarici işlər naziri Bob Karla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Hazırda Əsəd iranlılardan, "Əl-Qaidə"yə bağlı bəzi qruplaşmalardan "Hizbullah"dan və Rusiyanın dəstəklədiyi qüvvələrdən yardım alır: "Suriya prezidenti öz xalqına qarşı güc tətbiq etdikdə İordaniya, Livan və Türkiyəyə qaçan insanların sayı daha da artacaq. Bu da onu göstərir ki, Suriyadakı vəziyyət artıq qlobal fəlakətə çevrilməkdədir. Bu vəziyyət suriyalılar, bölgə və bütövlükdə dünya üçün təhlükə ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB