Göldə kütləvi balıq ölümü baş verib
Olimpiya gölündə dəhşət

2016-cı ildə Olimpiya Oyunlarında avarçəkmə yarışlarının keçiriləcəyi göldə balıqlar kütləvi şəkildə qırılıb.

Buna səbəb isə Olimpiya Oyunlarına ev sahibliyi edəcək Braziliyanın Rio da Janerio şəhərində ətraf mühitin çirkli olması göstərilib.

Avarçəkmə yarışlarının keçirilməsi nəzərdə tutulan Rodrigo da Freitas Gölündə baş verən balıq ölümlərindən sonra təmizlik işlərinə başlanılıb. Qeyd edək ki, 2009-ci ildə yaşanan bənzər bir hadisədə də göldən 100 ton ölü balıq çıxarılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə