"İranın nüvə silahına sahib olmasına bir il qalıb". Belə bəyanatla Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama çıxış edib. İsrail telekanalına müsahibəsində o bildirib ki, rəsmi Tehran nüvə silahına sahib olmaq üçün gecə-gündüz çalışır. Birləşmiş Ştatların buna mane omaq üçün əlindən gələni edəcəyini deyən "Ağ ev" rəhbəri düşünür ki, İranın nüvə silahına yiyələnməsi artıq qırmızı xətt deməkdir.
O, bildirib ki, rəsmi Tehran xəbərdarlıqlara məhəl qoymasa və əvvəlkitək nüvə fəaliyyətini davam etdirsə, Amerika bu ölkəya qarşı daha sərt tədbirlər görəcək. Bu xəbərdarlığın İrana qarşı hərbi əməliyyatlar mənasına gəldiyini gizlətməyən Obama narahatlığını bu sözlərlə davam edib: "İranın nüvə silahına sahib olması təkcə Amerika üçün deyil, bütün dünya dövlətləri üçün təhlükəlidir. Mən Birləşmiş Ştatların özünün və digər dövlətlərin təhlükəsizliyinin təmin olunması üçün buna yol verməyəcəm".
İran-İsrail münasibətləri haqda da danışan "Ağ ev" rəhbəri bəyan edib ki, Birləşmiş Ştatların ən vacib müttəfiqlərindən biri olan İsrailin təhlükəsizliyinin təmini Amerika üçün ən önəmli məsələlərdən biridir. Fələstin-İsrail münaqişəsinə gəlincə, Obama hesab edir ki, sülh danışıqlarının bərba olunmasının vaxtı çoxdan çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB