İranda ən böyük benzin kompleksi istifadəyə verildi
Bu gün Tehranın cənub-qərbində yerləşən Ərak neft emalı zavodunun açılış mərasimi keçirillib. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, İran və Yaxın Şərqdə ən böyük benzin istehsal edən zavodun açılışında İran prezidenti Mahmud Əhmədinejad iştirak edib.
Zavodun istifadəyə verilməsi ilə Ərak vilayətinin Şazənd şəhərində yerləşən neft emalı zavodunda istehsal edilən neft-qazın miqdarı gündə 8 milyon litr-dən 12 milyon litrədək artacaq. Həmçinin ölkə prezidentinin iştirakı ilə həmin neft emalı zavodunun kükürdü təmizləmə bölümü də bu gün istifadəyə verilib.
Qeyd edək ki, bu neft emalı zavodunda istehsal edilən benzin Avro-4 və Avro-5 standartları əsasında hazırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB