Katolik dünyasının dünən seçilən yeni lideri argentinalı I Frankis barədə maraqlı məlumatlar yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni Papa 2001 ildə 12 QİÇS xəstəsinin ayaqlarını yuyaraq öpüb.
Yeni Papa abort, eynicinslilərin evliliyinə qarşı çıxışlarla da tanınır. Eyni zamanda yeni Papanın adı Argentinada 1970-ci illərdə baş verən siyasi proseslərdə də hallanır. Ona qarşı irəli sürülən ittihamlardan ən ciddisi iki rahibin qaçırılaraq işgəncəyə məruz qalması ilə bağlıdır. İndiki Papanı müdafiə edənlər isə 76 yaşındakı din xadiminin həmin rejimlə hər hansı əlaqəsinin olduğunu rədd edirlər. Qeyd edək ki, Papa I Frankisin adı Vikileks sənədlərində də yer alır.
Qeyd edək ki, I Frankis papa seçilən ilk qeyri-avropalıdır. Yeni papanın tacqoyma mərasimi martın 19-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB