Perez Avropa Parlamentini Hİzbullahı rəsmən terrorçu təşkilat kimi tanımağa çağırıb
Parlamentdə çıxış edərək, qərbli qanunvericiləri Hİzbullahı rəsmən terrorçu təşkilat kimi tanımağa çağırıb. Strasburqda İsrail başçısı eyni zamanda İran məsələsinə toxunaraq, Tehran rejiminin dünya sülhünə ən böyük təhlükə olduğunu bəyan edib. Perez İranda hakimiyyətin əslində dini don geyilmiş diktaturaya çevrildiyini qeyd edib.
Onlarda bir imperialist iştahası yaranıb, heç kəs İranı hədələmir, ancaq İran başqalarını hədələyir", – deyə Şimon Perez nitqində vurğulayıb.
Suriya münaqişəsinə gəldikdə isə, İsrail lideri diqqətəlayiq təklif irəli sürüb: "Bu gün kimyəvi arsenallar Bəşər Əsəd rejiminin sərəncamındadır. Bu Suriya xalqı, ümumiyyətlə region və Avropa üçün böyük təhlükədir. Kimyəvi silahların yalnış insanların əlinə keçməsini əngəlləməyin yolu tapılmalıdır.Suriya faciəsinə son qoymağın ən səmərəli yolu, Suriyanın da üzv olduğu Ərəb Liqasına birbaşa müdaxilə etmək hüququ verməkdən ibarətdir. Çünki Qərbdən olan qüvvələr Suriya münaqişəsinə müdaxilə edərsə bu xarici istila hesab olunacaq. Ərəb liqası qətliamlara, qırğınlara son qoymaq üçün Suriyada müvəqqəti hökümət yarada bilər və yaratmaldır da".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB