Vicdanı onu rahat buraxmadı

Ötən il Hindistanda gənc bir qadına avtobusda təcavüz etməkdə və ölümünə səbəb olmaqda günahlandırılan 5 şübhəlidən biri həbsxanada intihar edib. SİA xəbər verir ki, Yeni Dehlidə yerləşən Tihar həbsxanasının səlahiyyətliləri cinayətkar Ram Singin paltarları vasitəsilə özünü asdığını deyib. Digər 4 şübhəlinin də özlərinə xəsarət yetirməməsi üçün həbsxanada təhlükəsizlik tədbirləri artırılıb.

Singin vəkili müvəkkilinin yerli saatla səhər 05:30 radələrində öldüyünü söyləyib.

Qeyd edək ki, ötən ilin 16 dekabrında baş verən hadisədə adı açıqlanmayan 23 yaşlı gənc qadına mindiyi avtobusda 5 nəfər təcavüz edib. Hadisə nəticəsində ağır yaralanan gənc qadın müalicə üçün aparıldığı xəstəxanada çoxlu qan itirdiyinə görə ölüb.

Məlumat üçün bildirək ki, şübhəlilərin məhkəməsi bu gün davam edəcək. Onların edam olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə