İranda üç azərbaycanlı fəal azadlığa buraxılıb. SİA fars mətbuatına istinadən xəbər verir ki, Siyamək Seyfi, Kəsra Davudi və Hüseyn Ədlcu martın 10-da Təbriz həbsxanasından fəalların ailələrinin qoyduğu 500 milyon rial məbləğində zəmanətlə azadlığa buraxılıblar.
Xatırladaq ki, azərbaycanlı fəallar fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin "Səhənd" stadionunda yerli "Traktor" komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əlcəzirə" komandası arasında keçirilmiş görüşdən sonra həbs ediliblər. Belə ki, "Traktor"un 3:1 hesablı qələbəsi ilə sona çatan oyun bitən kimi on minlərlə azərbaycanlı azarkeş küçələrə axışıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, Təbriz küçələri "Traktor" bayraqları ilə bəzədilib. Azərbaycanlı fəallar "Yaşasın Azərbaycan!", "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Türk dilində mədrəsə!" şüarları səsləndirib, ingilis dilində "South Azerbaijan is not İran!", "1992 Khojali Genocide!" və "Qarabağ bizimdir, bizim olacaq!" plakatları qaldırıblar. İran təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edib, onlarla azərbaycanlı fəal həbs edilib. Onlardan Əli Sərraf, Əli Əhmədi, Siyamək Seyfi, Kəsra Davudi, Hüseyn Ədlcu və Cəfər Rüstəmirad Təbrizdə Məhkəmənin 19-cu şöbəsində mühakimə ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB