Futbolçu sevgilisini itinə yedirtdi

Futbolçu sevgilisini itinə yedirtdi

Braziliyalı futbolçu Bruno Fernandes de Souza törətdiyi dəhşətli cinayətlə ölkə mediasının gündəmindən düşmür. SİA-nın türk mediasına istinadən məlumatına görə, Souza 2009-cu ildə dostları ilə birlikdə getdiyi bir qonaqlıqda Eliza Samudio adlı qadınla tanış olub. Onların arasında olan münasibət qısa müddət davam etsə də Eliza Souzadan hamilə qalıb.

Gənc qadın körpəni dünyaya gətirəndən sonra futbolçudan uşağına sahib çıxmasını tələb edib. Futbolçu isə evli olduğu üçün bu tələbi qəbul etməyib. Köhnə sevgililər arasında mübahisə böyüdükdən bir neçə gün sonra Eliza itib. Polis onunla bağlı araşdırma aparsa da heç bir nəticə əldə edə bilməyib. Hadisədən bir müddət sonra Souzanın yaxın qohumu gənc qadının taleyi haqda polisə məlum verib. Belə ki, adı açıqlanmayan oğlanın sözlərinə görə, Bruno de Souzanın arvadının da olduğu 8 nəfərlik qrup Samudionu öldürüblər. İddialara görə, Bruno gənc qızı öldürdükdən sonra onu hissələrə ayırıb və "Rotveller" cinsindən olan itinə yedizdirib. Qalan hissələr isə betonla yerə basdırılıb.

Futbolçu özü barədə deyilənləri əvvəlcə qəbul etməsə də sonra törətdiyi cinayəti etiraf edib.

Bu hadisələrdən əvvəl Braziliyanın istedadlı futbolçularından olan Bruno Fernandez de Souzanın 2014-cü ildə keçiriləcək Dünya Çempionatında ölkəsinin qapısını qoruyacağı gözlənilirdi.

Qeyd edək ki, məhkəmənin əmrilə bir qrup insanı cinayyətə təhrik etdiyinə görə, futbolçu 22 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək həbs cəzasına məhkum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə