Pakistanda 100-ə yaxın ev yandırıldı

Pakistanda 100-ə yaxın ev yandırıldı

Pakistanda yenidən ara qarışıb. SİA-nın məlumatına görə, Lahor şəhərində bir xristianın İslam peyğəmbərini təhqir etməsini eşidən, yüzlərlə şəhər sakini xristian məhəlləsinə daxil olaraq yaşayış evlərini yandırıblar. Yerli mətbuat Badami bağ adlı rayonda baş verən iğtişaşlar zamanı xristian ailələrə məxsus 100-ə yaxın evin yanaraq kül olduğunu xəbər verir. Eyni zamanda, kiçik bir kilsənin yandırıldığı bildirilir.

İğtişaşlar başlamazdan bir gün qabaq polis gərginliyi aradan qaldırmaq məqsədilə peyğəmbəri təhqir etməkdə şübhəli bilinən şəxsi evində həbs edərək, onun işini məhkəməyə təqdim edib. Həyatlarının təhlükədə olduğunu görən xristian ailələri gecəikən yaşadıqları evləri tərk ediblər. Polis yanğın zamanı xristian icmasından heç kimin xəsarət almadığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə