Ədrəmiti su basdı FOTO

Türkiyənin Balıkəsir vilayətində aramsız yağan yağış daşqına səbəb olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xbəərə görə, Balıkəsirin inzibati mərkəzi olan Ədrəmit rayonunda yüzlərlə ev və iş yerini su basıb.

Balıkəsiri Çanaqqala və İzmir şəhərləri ilə birləşdirən magistral yol bağlanıb. Daşqının nəticələrinin aradan qaldırılmasına Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb edilib. Ədrəmit rayonunun infrastrukturuna və kənd təsərrüfatına ciddi ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə