Çexiya prezidenti Miloş Zeman qrammatik səhvə görə prezident andının mətnini iki dəfə imzalamalı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin yazdığı və prezidentin imzaladığı mətndə səhvlər andiçmədən sonra aşkar edilib. Buna görə də andın mətni yenidən yazılmalı olub. "Biz səhvi aradan qaldırdıq. Daha sonra prezident qrammatik səhvləri aradan qaldırılmış mətni yenidən imzalayıb"-deyə Deputatlar Palatasının sədri Miroslav Nemsov bildirib.
Martın 8-də and içərək vəzifəsinin icrasına başlayan prezident əlini Konstitusiyaya basaraq and içib. Daha sonra isə prosedurlara görə and mətnini imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB