Əbu Qeyt İordaniyada saxlanılaraq Amerika Birləşmiş Ştatlarına aparılıb
ABŞ-dan Əl-Qaidəyə zərbə

Əl-Qaidənin mətbuat katibi və Usamə bin Ladenin kürəkəni Süleyman Əbu Qeyt İordaniyada saxlanılaraq Amerika Birləşmiş Ştatlarına aparılıb. Qeyt qeyri-qanuni yolla İrana, oradan isə Türkiyəyə keçib. 33 gün Ankarada bir oteldə qalıb. Daha sonra həbs edilərək Küveytə verilmək üçün İordaniyaya göndərilib. Burada isə MKİ agentləri tərəfindən həbs olunub.

Süleyman Əbu Qeyt 11 Sentyabr hadisələrinin zəfər elan edildiyi videolarda Usamə bin Ladenin yanında olan şəslərdən biridir. Nümayəndələr Məclisinin üzvü Respublikaçı Peter Kinq, Qeytin mühakimə olunmasında dəlil kimi bu videoların kafi olacağını bildirib.

Terror təşkilatının iki nömrəli adamı olaraq tanınan Qeyt Nyu Yorkda saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə