Berluskoni həbs edildi

Milan məhkəməsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni haqqında bir il həbs qərarı qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Berluskoni İtaliyanın Unipol Sığorta Qrupunun BNL bankı alması əsnasında gizli məlumatların aşkarlanmasında iştirak etməkdə ittiham olunur. Məhkəmə prokurorluğun tələbini haqlı sayıb və Berluskoninin həbsinə qərar verib. Bundan əlavə, Berluskoninin Milanda çıxan "İl Ciornale" qəzetinin təsisçisi olan kiçik qardaşı haqqında da 2 il 3 ay həbs qərarı çıxarılıb. Berluskoninin qardaşı gizli məlumatları açıqlamaqla yanaşı, telefon danışıqlarını qanunsuz əldə etməkdə ittiham olunur.

Məhkəmənin qərarına görə, Berluskoni və qardaşı həbs cəzasıyla yanaşı, keçmiş baş nazirin opponenti Pyero Fassinoya 80 min avro cərimə ödəyəcəklər. Daha 10 min avro isə məhkəmə xərclərinə ödənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə