Türkiyə Silahlı Qüvvələri personalının ümumi sayı 678617 nəfərdir
Türk ordusu sayını açıqladı

Türk ordusunda xidmət keçən hərbçilərin sayı açıqlanıb. Silahlı Qüvvələrin Baş Qərargahının internet saytında yerləşdirilən açıqlamaya görə, ordu personalının sayı 678617 nəfərdir. Bunlardan 347-si general və admiraldır. Quru, Dəniz və Hava qüvvələrində 313, Jandarma Komandanlığında 33, Sahil Təhlükəsizlik Komandanlığında isə 1 general xidmət edir.

Quru, Dəniz və Hava Qüvvələri komandanlıqlarında çalışanların 48077 nəfəri, Jandarma Komandanlığı personalının 3587 nəfəri, Sahil Təhlükəsizlik Komandanlığı əməkdaşlarının isə 860 nəfəri mülki məmurlar və işçilərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə