İraqda son vaxtlar intensivləşən etiraz aksiyaları və terror hücumları hökumət daxilində siyasi böhrana səbəb olub. Ramadi şəhərində etirazçıların qarşısına çıxan maliyyə naziri Rəfai Əl-İsavi, vəzifəsindən istefa verdiyini bəyan edib. Ancaq bu istefanın ölkədə vəziyyəti sabitləşdirəcəyi gözlənilmir. Çünki sünni etirazçılar, öz məzhəblərindən olan maliyyə nazirinin yox, məhz şiə baş nazir Nuri Əl Malikinin kürsüdən enməsini tələb edir.
Bununla belə, Maliki administrasiyası Rəfai əl-İsavinin istefasının qəbul olunmayacağını bəyan edib. Buna səbəb isə, onun vəzifədə olduğu müddətdə qeydə alınan korrupsiya halıdır. Qeyd edək ki, sünni vitse- prezident Tariq Əl Haşiminin axtarışa verilməsindən sonra ölkədə vəziyyət daha da gərginləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB