Misirdə piramidaların icarəyə verilməsi məsələsi müzakirəyə çıxarılıb.
"Al-Arabiya" telekanalının verdiyi məlumata görə, Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının sürətlə bərpası üçün Mədəni Dəyərləri Mühafizə üzrə Nazirliyinə tarixi abidələrin icarəyə verilməsini təklif edib.
Söhbət məşhur piramidalardan, o cümlədən Luksor və Abu-Simbledəki məbədlərdən gedir. Maliyyə Nazirliyi hesab edir ki, bu abidələrin turist şirkətlərinə icarəyə verilməsi 5 il ərzində ölkəyə 200 milyard dollar gəlir gətirə bilər. Lakin Mədəni Dəyərləri Mühafizə üzrə Nazirliyi Maliyyə Nazirliyinin bu təklifinə müsbət yanaşmır. Tarixi abidələrin icarəyə verilməsi təklifi Misirdə bir çox tədqiqatçıların və arxeoloqların da narazılığına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB