Ərdoğandan BDP-yə xəbərdarlıq

Ərdoğandan BDP-yə xəbərdarlıq

"Bəziləri bu işi başa düşmək istəmir, çox danışır...."

Baş nazir Rəcəb Tayyib Ərdoğan terrorun bitirlməsi məqsədilə aparılan danışıqlar barədə mediaya sızan məlumatlara görə Barış və Demokratiya Partiyasına xəbərdarlıq edib.

Vyanadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan "BDP-nin içində bu işi başa düşən də var, başa düşmək istəməyən də. Bəziləri çox danışdı. Bizim dərdimiz üzüm yeməkdir, yetər ki, əmin-amanlıq gəlsin" deyib.

Bu mərhələdə terror təşkilatıyla mübarizədə heç bir güzəşt olmayacağını bildirən Ərdoğan "Ən kiçik diqqətsizlik belə bizə baha başa gələ bilər. Silahlar atılar, Türkiyə tərk edilərsə, mənim təhlükəsizlik qüvvələrim də əməliyyatlara son qoyar" deyə mövqeyini ifadə edib.

Baş nazir qeyri-hökumət təşkilatlarını da son mərhələdə heç bir işə yaramadıqlarını söyləyərək tənqid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə