Con Kerriyə mətbuat konfransında "terrorçu" dedilər

Con Kerriyə mətbuat konfransında "terrorçu" dedilər

Romada keçirdiyi mətbuat konfransında amerikalı nazir Con Kerriyə etiraz edilib

Ötən gün İtaliyanın paytaxtı Roma şəhərində "Suriyanın Dostları" adlı ölkələrin toplantısı zamanı maraqlı hadisə baş verib. Toplantıdan sonra Con Kerrinin keçirdiyi mətbuat konfransında amerikalı nazirə "terrorçu" deyilib.

Qeyd edək ki, Milli Koalisiyanın rəhbəri Məaz Əl-Xətiblə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın dövlət katibi nitqini sona çatdırdığı bir vaxtda ona əlində plakatla bir qadın etiraz edib. Plakatda ABŞ, BƏƏ, İtaliya, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının terroru dəstəklədikləri və Suriyada vətəndaş müharibəsi yaratdıqları qeyd olunub. Con Kerri və digər nazirləri "sülh boykotçuları" adlandıran etirazçı Suriyadakı qarşıdurmaların əsas günahkarı kimi onları gördüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə