Edam qərarı 82 nəfərin ölümünə səbəb oldu

Edam qərarı 82 nəfərin ölümünə səbəb oldu

Banqladeşdə müxalifət lideri haqqında çıxarılan hökm ciddi qarşıdurma yaradıb

Banqladeş Beynəlxalq Cəza Məhkəməsi Camaat-i İslami lideri Delver Hüseyn Səidi haqqında müstəqillik uğrunda mübarizə zamanı qətliama dəstək vermə və hinduları müsəlman olmağa məcbur etmə ittihamıyla edam qərarı verib.

Məhkəmənin hökmündən sonra keçirilən etiraz aksiyaları gərginliyə çevrilib. Edamı dəstəkləyənlərlə ona qarşı çıxarnlar arasında baş verən toqquşmalarda 82 nəfər ölüb.

Ana müxalifətdə olan Banqladeş Milliyyətçi Partiyası edam qərarını Banqladeş tarixinin ən vəhşi qətliamı kimi dəyərləndirib.

Partiyanın sədr müavini Mirzə Fəxr İslam Aləmgir "Səidiyə edam cəzası verilməsindən sonra hökumət polisi və öz dəstəkçilərini xalqı öldürməyə göndərdi. Bu gün törədilənlər faşist hökumətlərin etdiklərindən daha betərdir. Bu qətliam Banqladeş tarixinin ən vəhşi qətliamı kimi tarixə keçəcək" deyib.

Camaat-i İslami isə qərara etiraz məqsədilə bazar və bazarertəsi günləri tətil elan edib.

Bu gün cümə namazından sonra aksiyaların genişlənməsi gözlənilir. Hökumət xüsusi təyinatlılardan ibarət Banqladeş Sərhəd Qvardiyasının küçələrdə növbə çəkəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə