Bolqarıstanda növbədənkənar seçkilər keçirilə bilər

Prezident Plevneliyev seçkilərin 12 mayda keçirilə biləcəyini deyib
Bolqarıstanda növbədənkənar seçkilər keçirilə bilər

Bolqarıstanda müvəqqəti hökumətin qurulmasıyla bağlı problem davam edir. Prezident Rosen Plevneliyev hökumət qurma səlahiyyətini parlamentodakı üçüncü ən böyük fraksiyaya sahib olan, əksəriyyəti türklərdən ibarət Haqq və Azadlıqlar Hərəkatına verəcəyini söyləyib.

Prezident qeyd edib ki, bu partiya da hökuməti qurma səlahiyyətindən imtina edərsə, növbədənkənar seçki keçiriləcək. Plevneliyev növbədənkənar seçkilərin mayın 12-də olacağını açıqlayıb.

Bolqarıstan prezidenti seçki qərarının qətiləşməsindən sonra parlamentin buraxılacağını və mütəxəssislərdən ibarət müvəqqəti hökumət qurulacağını söyləyib.

Haqq və Azadlıqlar Hərəkatının lideri Lütfi Məstan daha əvvəl hökuməti qurma səlahiyyətindən imtina edəcəklərini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə