Sarkisyanın növbəti andı

İkinci müddətə prezidenti seçilmiş Serj Sarkisyanın andiçmə mərasimi aprelin 9-da olacaq. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Ovik Abramyan söyləyib.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticələrə görə, Serj Sərkisyan 58,64 faiz səs toplayaraq birinci turda prezident seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə