Alenka Bratuşek ilk qadın baş nazir kimi Sloveniya tarixinə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sloveniya parlamenti Yanez Yanşanın hökumətinə etimadsızlıq göstərərək 43 yaşlı Alenka Bratuşeki yeni baş nazir seçib.
Yanşa hökumətinə etimadsızlıq göstərilməsinə səbəb korrupsiyada günahladırılmasıdır. Bratuşeki "Pozitiv Sloveniya", sosial-demokrat, "Vətəndaş siyahısı", Xalq və Sloveniya təqaüdçülərin demokratik partiyaları dəstəkləyiblər. Onun əleyhinə Yanşanın başçılıq etdiyi Sloveniya demokrat partiyası və "Yeni Sloveniya" partiyası çıxış ediblər.
Qeyd edək ki, yanvarın 8-də antikorrupsiya komissiyası Yanşanın 200 min avrodan çox məbləği bəyan etməyərək antikorrupsiya qanunvericiliyini pozduğunu elan etmişdi. Bunun ardınca bir çox müttəfiqləri Yanşa hökumətini tərk etmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB