Roma Papası XVI Benedikt sonuncu bazar ayinini yerinə yetirib
Vatikanda tarixi an

Roma Papası XVI Benedikt bu gün sonuncu bazar ayinini yerinə yetirib. Pontifik Vatikanda Apostol sarayında, kabinetinin Müqəddəs Pyotr meydanına açılan pəncərəsinə çıxaraq, dindarlara müraciət edib.

XVI Benedikti dinləməyə 200 minə yaxın adam toplaşıb. Bu tarixi anı bölüşmək üçün İtaliyanın digər şəhərlərindən və hətta digər ölkələrdən minlərlə dindar Vatikana axışıb. Roma polisi təhlükəsizlik tədbirlərini ən yüksək həddə çatdırıb. Vatikan ərazisində təhlükəsizliyin qorunmasına 2 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. Müqəddəs Pyotr meydanı yaxınlığındakı binaların damında snayperlər keşik çəkir.

Xatırladaq ki, Roma Papası XVI Benedikt bir müddət əvvəl fevralın 28-də istefaya gedəcəyini bəyan etmişdi. Papa qadın monastırına köçərək, ömrünün sonunadək orada xidmət edəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə